• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 26.12.2022 16:02

Yanıq xəsarətləri alan yeniyetmə paytaxta aparılıb

KepezTV Player

Gəncədə 15 yaşlı oğlan yanıq xəsarətləri alıb. Hadisə şəhərin dəmiryolu vağzalı adlanan ərazidə vaqonda qeydə alınıb. Elgün Cəfərov bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya aparılıb. Dərhal yeniyetmə oğlana tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilib. Elektrik cərəyanı vuran yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə aparılıb. Baş vermiş hadisə ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti də məlumat yayıb. Qeyd olunub ki, Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda dayanmış yük vaqonunun üstünə çıxan Elgün Cəfərov gərginlik naqillərinə toxunaraq ağır yanıq xəsarəti alıb.