• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 25.12.2022 20:38

Göygöldə 746 şagird biliyini sınayıb

KepezTV Player

Göygöl rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri üçün Respublika fənn olimpiadasının rayon mərhələsi keçirilib. Fənn olimpiadalarının zona mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən rayon mərhələsində VIII-XI sinif şagirdləri iştirak ediblər. Bu mərhələdə şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar. İki binada şəkil edilən imtahanda şagirdlər onlara verilən 3 saat ərzində biliklərini nümayiş etdiriblər.Rayon mərhələsində yaxşı nəticə göstərən məktəblilər Respublika fənn olimpiadalarının zona mərhələsi hazırlıqlarına cəlb ediləcəklər. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə biliyi və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirməkdir. Həmçinin şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaq da qarşıya qoyulan hədəflərdəndir.

Əli Mustafayev şagird:6 nömrəli orta məktəbin səkkizinci sinifində oxuyuram. Azərbaycan dilindən olimpiadaya qoşuldum. Suallar maraqlı idi, çox yaxşı keçdi. Hər dəfə istiyərəm belə olimpiadalar keçirilsin və bizdə qoşulaq.

Mədinə Həsənova şagird:Zülfi Hacıyev adına Yeni Zod kənd tam orta məktəbində oxuyuram. Bundan əvvəldə olimpiada da iştirak eləmişəm. Çox maraqlıdır. İstiyirəm ki, bu cür olimpiadalar olsun. Biliklərimiz artsın.

Elnur Qasımov Göygöl rayonu üzrə təhsil sektorunun müdiri:Respublika fənn olimpiadası təhsildə yaranmış yeni bir hərəkatdı. Respublika fənn olimpiadasının qalibləri ali məktəblərə imtahan vermədən qəbul olmaq şansı əldə edirlər. İldən ilə buna qoşulanların sayı artmaqdadır. Gəncə Daşkəsən Regional Təhsil İdarəsi üzrə 3100 artıq şagird qeydiyyatdan keçib. Göygöl rayonu üzrə ötən illə müqayisədə artım var. Belə ki, ötən il 450 şagird bu il isə 746 şagirdin bu olimpiada da iştirakı nəzərdə tutulub.