• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 25.12.2022 20:33

Zorla, pul ilə adam yığmağa çalışan qondarma rejimin saxta mitinq sevdası

KepezTV Player

Qanunsuz erməni dəstələri bu gün saat 14-də Xankəndində səhnələşdirilmiş mitinq keçiriblər.Qondarma rejimin saxta mitinq sevdası zorla, hədə ilə, rüşvətlə adam yığmağa çalışması ilə nəticələnib. Əhəmiyyətsiz aksiyanın təşkilatçıları Vardanyan-Arutyunyan cütlüyü Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın tənqidinə tuş gəlib. O sosial media hesabından erməniləri azyaşlı uşaqlardan çirkin siyasi məqsədlər üçün sui-istifadə etməkdə günahlandırıb.

Xankəndində separatçılar daha çox iştirakçı toplamaq üçün Qarabağda yaşayan sadə erməniləri ailə üzvləri ilə birgə mitinqə gəlməyə məcbur ediblər. Onlara aksiyada iştirakın məcburi olduğu barədə hədə-qorxu gəlinib.Müəllimlər və həkimlərə xəbərdarlıq edilib ki, Xankəndində mitinqə gəlməsələr işdən qovulacaqlar. Tələbələr problemlərlə üzləşəcəklər. Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara belə tapşırıq verilib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etsinlər. Ətraf kəndlərin əhalisini Xankəndindəki mitinqə çatdırmaq üçün isə nəqliyyat belə ayrılıb. Qondarma rejim aksiyanın hər bir iştirakçısına 30-40 dollar, pulsuz yanacaq vəd edib.

Turab Rzayev siyasi şərhçi:Fərqli pul mükafatları müqabilində ermənistandan kasıb əhalini cəlb eləmək mümkün deyil. Ancaq yenə də istər vardanyan olsun, istər arutunyan olsun. Bunlar açıq şəkildə mərkəzi hakimiyyətə qarşı, hakimiyyətə qarşı çıxırlar.

Xankəndində aksiya İrəvanda birmənalı qarşılanmayıb. Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan sosial şəbəkədə od püskürüb. Vurğualyıb ki, Xankəndində uşaqları “Laçın dəhlizinin qarşısının alınması” kimi dırnaqarası tələblə aksiyalarda iştirak etməyə məcbur edirlər. Akopyan Facebook paylaşımında onu da qeyd edib ki, "uşaqları göz yaşlarına səbəb olan mətnləri əzbərləməyə, yazmağa məcbur edirlər. onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və bütün bunları dünyaya yayırlar ki, mərhəmət oyatsınlar. Şuşadakı çadırlar sökülə bilsin.

Xəyal Bəşirov siyasi şərhçi: Bu məsələ ilə bağlı Ermənistanın baş naziri Nikol paşinyanın həyat yoldaşı anna hakopyan özünün sosial şəbəkə hesabında da qeyd edib və bu məsələdə ermənistan tərəfini ittiham edir. əsasən də Ruben vardanyanı hansı ki, onu rusiya ezam edib və paşinyanla qarşıdurmadaDIR. Vardanyanın mülki vətəndaşlardan və uşaqlardan istifaaı etməkdə ittiham edib. Təbii ki, bu bir ermənini ermənistana və ümumilikdə yeritdiyi siyasəti ittiham etməsidir. Təbii ki, biz zaman-zaman bunun şahidi olmuşuq. Onlar öz maraqları uyğun gəldikdə bir-birləriniu belə ittiham edirlər.

Analitiklərin fikrincə, Rusiya Ermənistanda Paşinyanın yerinə hakimiyyətə Ruben Vardanyanı gətirmək istəyir.

Son 30 ildə indiki hakimiyyətini çıxmaq şərti ilə, Ermənistanın bütün hakimiyyətləri məhz Qarabağda formalaşıb. Qarabağda separatçıların başçısının Arturyanın, Vardanyanın olmasının Azərbaycan üçün fərqi yoxdur. Çünki onlar Azərbaycan, ümumilikdə beynəlxalq hüquq üçün qeyri-qanuni ünsürlərdir. Buna görə də, ünumiyyətlə regionu tərk etməlidirlər.