• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 24.12.2022 20:12

Qətiyyətli lider, müzəffər ali baş komandan

KepezTV Player

Onun müdrikliyi, uzaqgörənliyi, uğurlu siyasəti nəticəsində bu gün müstəqil Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Onun iradəsi, əzmi, qətiyyəti sayəsində Qarabağ və Şərqi Zəngəzur azaddır. Bu gün 61 yaşını qeyd edən dünyaca nüfuzlu lider, müzəffər ali baş komandan İlham Əliyevin Azərbaycan adına əldə etdiyi uğurlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.
İlham Əliyevin Ümumilli lider Heydər Əliyevin ailəsində anadan olması onun vətənpərvər, savadlı kadr, uğurlu siyasətçi kimi yetişməsində şübhəsiz böyük rol oynayıb. Moskvada, Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna alınan ali təhsil, onda özəl biznes sahəsində çalışması həm idarəçilik, həm də uzaqgörənlilik kimi kiyfiyyətlərin vəhdətini yaratdıb. Dövlət Neft Şirkətinin idarəçilərindən biri olanda da ulu öndərin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etməklə, Milli Məclisin deputatı kimi xalqa xidməti seçəndə də əsas amal ata siyasətinə sadiqliq və dövlətə sədaqət olub. Yüksək idarəçilik qabiliyyəti Milli Olimpiya Komitəsinin prezidenti seçilməsində, hakim partiyanın sədr müavini, bir müddətdən sonra isə sədri olmasında da az rol oynamır. Ölkə vətəndaşına uzun müddət ərzində yönələn addımlar təbii ki, qarşılıqsız qalmır. İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrında, ard-arda 2008, 2013 və 2018-ci ildə keçirilən prezident seçkilərində bunun bariz nəticəsini görür. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə hə deməklə məhz İlham Əliyevə etimad göstərir. Onun ölkəyə rəhbərliyi illəri isə Azərbaycan tarixinin qızıl dövrü, soasil inkişaf, iqtisadi dirçəliş, qazınılan beynəlxalq etimad periodu kimi səciyyələnir. İldən-ilə bütün istiqamətlər üzrə artan uğurlara atılan imzalar regionun lideri olan Azərbaycanı dünya miqyasında ən güclü dövlətlər sırasına çıxarır. Ulu öndər Heydər Əliyev İlham Əliyev haqqında "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" demişdi. Oğul atanın bu etimadını ən layiqli şəkildə doğrultdu və doğrultmaqda da davam edir. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bir gündən onun hərtərfli inkişafı, Azərbaycan xalqının rifahı, dövlətin davamlı şəkildə güclənməsi yönündə dayanmadan mübarizə aparır. Böyük siyasətçinin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün nəinki siyasi, eyni zamanda sosial, iqtisadi cəhətdən də güclü dövlətdir. Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmiz bir sıra qlobal iqtisadi, enerji layihələrinin iştirakçısıdır. Azərbaycan Avropanın enerji təminatında mühüm rola malikdir. Bu milli iqtisadiyyatda kifayət qədər böyük uğurların nəticəsi kimi dəyərləndirilir. İlham Əliyevin fəaliyyəti yalnız ölkənin inkişafına, güclənməsinə, gündən-günə çiçəklənməsinə istiqamətlənməyib. Azərbaycan Prezidenti eyni zamanda bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına böyük töhvələr verib. Böyük şəxsiyyətin rəhbərlik etdiyi Azərbaycan, həmçinin qlobal çağırışlara ən çevik reaksiya verən ölkələrdəndir. İlham Əliyev adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran məğlubedilməz sərkərdələrdəndir. Məhz onun ali baş komandanlığı ilə qüdrətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoyaraq vətən torpaqlarını düşməndən azad etdi. Bununla da İlham Əliyev Azərbaycan xalqına çoxdan gözlədiyi tarixi zəfəri bəxş etmək, 1 milyona yaxın məcburi köçkünün doğma yurd həsrətinə son qoymaqla yanaşı, həm də atası, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə əməl etmiş oldu. Bir sıra nüfuzlu beynəlxalq mükafatlara, orden və medallara, fəxri adlara layiq görülən İlham Əliyev öz uzaqgörənliyi, möhkəm iradəsi, əzmi, qətiyyəti və düzgün siyasəti ilə Azərbaycanı əsrimizin qalib ölkəsinə çevirdi. Bu gün məhz bu dahi liderin sayəsində respublikamız yüksək sürətlə inkişaf edir. Azərbaycan güclü iqtisadiyyatı hesabına müharibədən yenicə çıxmasına baxmayaraq torpaqlarını azad etdiyi gündən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə başladı. Azad edilən torpaqlarda iki beynəlxalq hava limanı istifadəyə verildi, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin icrası, tikinti-quruculuq işləri, infrastrukturun yaradılması sürətlə davam etdirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti Azərbaycanı daha da yüksək zirvələrə qaldıracaq! ((TITLE: 27.09.2021)) ((SOT ХР 00:00:00 NAME: İlham Əliyev TITLE: Azərbaycan Respublikasının Prezidenti TEXT: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”