KepezTV Player
Göygöldə Quşçu kənd sakini Abdulla Hüseynov və Çaykənd sakini Elyaz Məhərrəmov qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər. Həmin şəxslər saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq Maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 25 sutka inzibati qaydada həbs ediliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 272