• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2507
— 23.12.2022 21:33

Beyləqanda törədilən qətllə bağlı cinayət işi açılıb

KepezTV Player

Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək tanışı Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Rafiq Əliyev şübhəli şəxs qismində tutulub.