Sülhməramlıların təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, yataqlarda monitorinq aparılmasına icazə verilməsi məqsədilə Xankəndi-Laçın yolunda keçirilən aksiya davam edir. Günün ikinci yarısında bir neçə qeyri-hökumət və könüllü təşkilatından 20-dək şəxs aksiyaya qoşulub. Onlar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olması barədə şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının fəallığı onların tələbləri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini göstərir.
Bu arada, gün ərzində 3 dəfə Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 25 təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.
- Baxış: 303