• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 23.12.2022 15:53

Prezidentin səlahiyyətli nümayəndəsi ictimaiyyətə təqdim edilib

KepezTV Player

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib. Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.