• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1888
— 23.12.2022 15:39

Avtomobillərə qənim kəsilən şəxs saxlanılıb

KepezTV Player

Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində gecə saatlarında “BMW” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə 300 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bədəlzadə müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onun oğurluq məqsədilə ümumilikdə 7 avtomobilə şüşəsini qırmaq yolu ilə daxil olduğu müəyyən edilib. Bundan başqa C.Bədəlzadənin rayon ərazisindəki bir mağaza və bir emalatxanadan ümumilikdə 4481 manat dəyərində mobil telefon, məişət əşyaları, təmir-tikinti alətləri və nağd pul oğurladığı məlum olub.