• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2451
— 23.12.2022 12:16

Daşkəsəndə çöl qabanı ovlayan şəxs saxlanılıb

KepezTV Player

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində rayonun Xoşbulaq kənd sakini Elşad Allahverdiyevin, özünəməxsus, müvafiq icazə sənədləri olan “TOZ” markalı tüfənglə Daşkəsən rayon Təzəkənd kənd ərazisində qanunsuz olaraq çöl qabanı ovlaması müəyyən edilib. E. Allahverdiyev qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq polisə gətirilib və bir ədəd ov tüfəngi, patronlar eləcə də çöl qabanı maddi sübut kimi götürülüb.