• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 22.12.2022 20:03

Avtomobil sığortası ilə bağlı dəyişikliklər gözləntiləri doğrultdumu?

KepezTV Player

Yol hərəkəti zamanı heç bir sürücü xoşagəlməz hadisədən sığortalanmayıb. Baş verən qəzalar isə dəyən ziyanın qarşılanması məsələsini vacib edir.  Avtomobilin icbari sığortası ilə bağlı bir müddətdir tətbiq olunan yenilik sürücülərin işini bir qədər asanlaşdırsa da, vay sığorta olunmayan avtomobillərlə törədilən qəza iştirakçılarının halına. Qarşıdakı sujetdə söhbətin nədən getdiyindən agah olacaqsınız.
Bəzi hallarda baş verən avtoqəzalarda nəqliyyat vasitəsinin sığortası olmur. Bu da hər iki tərəf üçün müəyyən çətinliklər yaradır. Lakin sığortanın olması sürücü üçün xərclərin azalmasına səbəb olur.
Dövlət Yol Polisinin reydləri gösətrir ki, sükan arxasına oturan bəzi sürücülər avtomobillərini sığorta etdirmi. Bu da arzuolunmayan qəza hadisələri zamanı ziyanın ödənilməsində problemlər yaradır.
Belə olan halda qəza törədən həm dəyən ziyanı, həm də cəriməni ödəməklə daha böyük xərcə düşür. Digər tərəfdən, qanunvericiliyə əsasən hadisəyə səbəb olan sürücünün sığortası yoxdursa, qarşı tərəfə hər hansı sığorta şirkəti tərəfindən dəymiş ziyana görə ödəniş edilmir. Belə olduqda isə zərərçəkən şəxs qarşı tərəfi məhkəməyə verməklə və ya qarşılıqlı şiafahi razılıq əsasında dəyən zərərin ödənilməsini tələb edir. Ancaq yeni qaydaya əsasən...
Həmçinin bu ildən sığorta haqlarına da dəyişiklər olunub. Qiymətlərin qalxdığı bildirilir. Əvvəllər sadəcə avtomobilin mühərrik həcmi, yük, mikroavtobus və ya sərnişindaşımaya görə qiymət hesablanırdısa indi bir neçə əmsal daha nəzərə alınır.
Avtomobilin bir neçə nəfərə etibarnamə əsasında verilməsi və sürücü il ərzində bir neçə dəfə qəza törədirsə növbəti il üçün sığorta haqqının yüksəlməsi qaçılmazdır.