• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1317
— 22.12.2022 16:10

KİV nümayəndələri ilə görüş olub

KepezTV Player

Naftalanda qərb bölgəsinin aparıcı KİV nümayəndələri ilə görüş keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov müxtəlif media orqanarının təmsilçilərinin şəhərdə görülən işlərin işıqlandırılması, sağlamlıq turizminin inkişafına yönələn fəaliyyətlərini yüksək dəyərləndirib. Naftalanın turizm potensialının təbliğ edilməsində KİV nümayəndələri ilə əməkdaşlığın önəminə toxunub. 10 min nəfərdən artıq əhalisi olan şəhərə turist axınının artırılması, infrastrukturun yaxşılaşdırılması ilə bağlı il ərzində görülən işlərdən söz açıb, gələcək planlar barədə məlumat verib. 2023-cü il – Heydər Əliyev ili çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb. Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il ərəfəsində keçirilən görüşün sonunda KİV nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.