• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1713
— 21.12.2022 20:39

Liftdə qalanlar üçün dispetçer xidməti yaradılıb

KepezTV Player

Gəncədə çoxmərtəbəli yaşayış binalarında liftdən istifadə edən sakinlərin üzləşdikləri problemin aradan qaldırılması üçün Mərkəzləşdirilmiş Dispetçer Xidməti yaradılıb. 50 lift birbaşa bu xidmətə qoşulub. Bundan başqa sakinlərin rahat hərəkəti üçün yeni liftlərin gətirilməsi də nəzərdə tutulur.

Mərkəzləşdirilmiş dispetçer xidməti əhalinin qarşılaşdığı çətinliyi anında müəyyənləşdirməyə və aradan qaldırmağa hesablanıb. Liftdə baş verən hər hansı nasazlıq, liftdəqalma halı baş verərsə dərhal dispetçerlə əlaqə saxlamaq mümkündür.

Ay ərzində dispeçir xidmətinə təxminən 80-ə yaxın müraciət daxil olur. Edilən müraciətlər təmir briqadaları tərəfindən tez bir zamanda aradan qaldırılır.

Yusif Cabbarlı  sakin: Yeni Gəncədə altıncı mərtəbədə yaşıyıram. Dispeçir xidməti yaxşıdır. Ən azından dispeçirdən istifadə edirlər.

Əli İbrahimov  sakin: Çox raziyam, yaxşıda xidmət edirlər. Hər gündə təmizləyirlər.

Gəncədə olan çoxmərtəbəli yaşayış binalarında olan liftlərin fəaliyyəti bu manitor vastəsi ilə izlənilir. Həmçinin bu manitorda isə Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin qarajında olan avtomobillər də izlənilir. Bu manitorda avtomobillərin mənzil başına getməsi, eləcədə sürət həddini aşması və yaxudda xəritədən çıxması həmçinin nasaz olmasını izləmək mümkündür.

Şəhərdə 78 çoxmərtəbəli yaşayış binasında 201 lift fəaliyyət göstərir. Onlardan 50-i mərkəzləşmiş dispeçir xidmətinə birbaşa qoşulub. Qalanları isə gələn il bu xidmətə qoşulacaq. Ona kimi isə həmin liftlərdə qaynar xəttin nömrələri yerləşdirilib ki, hər hansı bir hal baş verərsə əlaqə saxlamaq mümkün olsun.

Vüsal Balayev MKTİB-nin mətbuat katibi: Dispetçer mərkəzində peşəkar operatorlar tərəfindən onlayn rejimdə 24 saat ərzində şəhər liftlərində bütün nasazlıqlar hər hansı bir xoşagəlməz hal yarandığı zaman operativ şəkildə müdaxilə edilib mexaniklərə məlumat verilir və bu xoşagəlməz hal aradan qaldırılır. Gələn ilə şəhərimizə daha 35 liftin gətirilməsi ümid edilir. İstismar müddətini başa vurmuş liftlər yeniləri ilə əvəz ediləcəkdir. Gələcəkdə mərkəzləşmiş dipetçer xidmətinə şəhərin küçə işıqlandırılmasının idarə edilməsini və fəvvarələrin işə salınması da əlavə ediləcəkdir.

Gəncədə sovet istehsalı olan liftlərdən 163-ü yenilənib. Türkiyə və Belarus istehsalı olan bu qurğuların yükgötürmə qabiliyyəti 400 kiloqramdır.

Elnur Vahidoğlu