BMT Təhlükəsizlik Şurası növbəti dəfə toplanıb. Bu dəfə Ermənistanın Azərbaycana qarşı əsassız və böhtan xarakterli iddialarını müzakirə etmək üçün.
Müzakirələr onu göstərib ki, Azərbaycana qarşı ikili standartlar prinsipi hələ də aradan qalxmayıb. ABŞ, Fransa kimi 30 il münaqişənin guya həll edilməsi ilə məşğul olan dövlətlər hələ də havadarlıq çərçivəsindən çıxa bilməyiblər. Guya “Laçın dəhlizi bağlanıb”, guya Qarabağda yaşayan ermənilər “humanitar böhranla” üzləşiblər. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev isə irəli sürülən bütün iddiaları qətiyyətlə rədd edib. Ermənistanın və bəzi Şura üzvlərinin səhvən “Dağlıq Qarabağ” adlandırdıqları Azərbaycan ərazisinin hüquqi adının Qarabağ iqtisadi rayonu olduğunu diqqətə çatdırıb. Laçın yolu ətrafındakı vəziyyətə gəlincə, Ermənistanın bütün iddialarının tamamilə yalan, əsassız olduğunu qeyd edib.
Özünü dünyaya yazıq, əzilmiş xalq kimi göstərib mərhəmət dilənmək, yalan, böhtan və riyakarlıq ermənilərin xislətindədir. İndi də Laçın yolunun guya bağlı olduğunu, Qarabağdakı bir ovuc erməninin “humanitar fəlakət” içində qaldığını car çəkməklə əslində öz cinayətkar əməllərinin üstünü örtməyə çalışırlar. Halbuki, nə Laçın dəhlizi bağlıdır, nə ermənilər çətin vəziyyətdə qalıblar. Ermənilərin bağlı olduğunu iddia etdikləri yoldan sülhməramlılar da, elə ermənilərin özləri də rahatca o yana da - bu yana da keçib gedirlər. Şuşada azərbaycanlı fəalların aksiyası isə dinc xarakterlidir və sadəcə Azərbaycanın təbii sərvətlərinin talanmasına, Azərbaycan təbiətinə ziyan vurulmasına etiraz xarakteri daşıyır.
Ermənilərin əsassız iddialarını müzakirə edən BMT o qurumdur ki, 4 qətnaməsi 30 il icra olunmamış qaldı. Məhz həmin ermənilər düz 30 il BMT sənədlərini saymadıqlarını nümayiş etdirdilər. Bu illərdə işğal altında saxlanılan Azərbaycan əraziləri talandı, yağmalandı, təbii sərvətləri qanunsuz istismar olundu, təbiətinə bərpası mümkün olmayan ziyanlar vuruldu, 1 milyondan çox vətəndaşı öz doğma evindən didərgin salındı. Amma BMT bütün bunlardan zərrə qədər də narahat olmadı.
BMT qətnamələrini özü icra edən Azərbaycan dövləti üzləşdiyi bütün ədalətsizlikləri aradan qaldırmağa qadirdir. O cümlədən torpaqlarına da, sərvətlərinə də, vətəndaşlarına da sahib çıxmaq iqtidarındadır. O ki, qaldı Qarabağdakı ermənilərə - yəni Azərbaycan ermənilərə, onların sayı Ermənilərin iddia etdikləri şişirdilmiş rəqəm qədər deyil, cəmi 25-30 mindir. Yoxsa, Ermənistandan adam gətirə bilməyən Vardanyan mitinqini təxirə salmazdı.
- Baxış: 377