• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 21.12.2022 12:30

Raket və Artilleriya Qoşunlarında döyüş atışlı təlim keçirilir

KepezTV Player

Raket və Artilleriya Qoşunlarının bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqeyinin tutulması və texnikaların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər. Təlimdə əsas diqqət raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə yönəldilib.Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.