• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 20.12.2022 19:44

“İntihar çıxış yolu deyil” adlı maarifləndirici tədbir keçirilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün “İntihar- Çıxış Yolu Deyil” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd gənclərə problemləri həll etmə bacarıqlarını aşılamaq, onlarda sağlam düşüncə tərzini formalaşdırmaqdır. 2 saat davam edən tədbirdə çıxış edənlər intihar, onun səbəbləri, stress və çıxış yolları, uşaq və yeniyetmələrə yönələn zorakılığın növləri və həlli yolları haqqında ətraflı məlumatları gənclərə çatdırıblar. Eyni zamanda tələbələr psixoloq, həkim və polis məsləhətlərini dinləyib diskusiya aparıblar. Tədbirin sonunda gənclərə bukletlər paylanılıb.