• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 20.12.2022 19:43

Talassemiyalı xəstələrin sayında artım var

KepezTV Player

Hər il dünyada və Azərbaycanda minlərlə uşaq talassemiya diaqnozu ilə anadan olur. Talassemiya qanın laxtalanma prosesinin pozğunluğu olmaqla, yalnız ondan əziyyət çəkən şəxslərin deyil, ümumilikdə dövlətin və cəmiyyətin sosial – iqtisadi problemidir. Bu xəstəlikdən əziyyət çəkənlər üçün mütəmadi olaraq keçirilən aksiyalar isə qan ehtiyatının toplanılmasınada müstəsna əhəmiyyətə malikdir.

Talassemiya Xəstəliyi anadangəlmədir, yəni valideyinlərin heç olmasa biri dəyişmiş genin daşıyıcısı olduqda bu qan xəstəliyi özünü göstərir. Azərbaycanda da geniş yayılan bu talassemiya əgər hər iki valideyn tərəfindən uşağa ötürülərsə,xəstəlik daha ciddi hal alır.

Bu kimi halların qarşısını almaq və müalicəsinin səmərəliliyini artırmaq məqsədilə ölkəmizdə mövcud qanunvericilik təkmilləşdirilir, irsi qan xəstəlikləri üzrə dövlət proqramları qəbul edilir, dərman preparatları ilə ödənişsiz təminat həyata keçirilir.

Buna görə də mütəmadi olaraq keçirilən aksiyalar irsi qan  xəstəliklərindən əziyyət çəkənlərə yardım və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədi daşıyır. Mərkəzi Qan Bakının Gəncə bölməisində keçirilən aksiya da bundan irəli gələrək təşkil edilib. İctimaiyyət nümayəndələrinin fəallıq nümayiş etdirdiyi humanitar tədbir gün ərzində davam edib.

Mərkəzi qan bankının Gəncə bölməsində qan verən donorların sayında da artım var. Ötən ilin bu göstərici 4371 nəfər olubdursa, bu il 5500-dən çox şəxs donor qismində həyat xilas etmək üçün qan verib.