KepezTV Player
Gəncədə ərzaq məhsullarının saxlandığı anbarda nöqsanlar aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ş.İ.Xətai prospektində fəaliyyət göstərən anbarda keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı anbarda 3, 5 və 6 kiloqramlıq qutularda müxtəlif çəkilərdə qablaşdırılmış etiket məlumatları qeyd edilməyən şəkərli qənnadı məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib. Nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
- Baxış: 438