• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 20.12.2022 09:50

Aksiya iştirakçıları vətənpərvərlik ruhunda mahnılar ifa ediblər

KepezTV Player

Bu arada, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquz gündür davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, gecə saatlarında iştirakçılar tar, kamança və digər musiqi alətləri ilə vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ" təsnifi, "Sarı gəlin" eləcə də, başqa mahnılarımızı ifa ediblər.

Səhər isə aksiyaçılar Azərbaycanın Dövlət Himni oxuyub, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”,  “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndiriblər.