• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 19.12.2022 20:36

Polis quldurları axtarır

KepezTV Player

Ağstafada evə girən maskalı şəxslər qadını hədələyib, fiziki zor tətbiq edərək pulunu və qızıl-zinət əşyalarını ələ keçiriblər. Quldurluq hadisəsi Nəriman Nərimanov küçəsi 9 ünvanındakı mənzildə baş verib. İki nəfər naməlum şəxs gecə saatlarında evdə tək olan Sahibə Ələkbərovadan istədiklərini əldə edəndən sonra ərazidən uzaqlaşıblar. Dərhal polisə məlumat verilib. Hadisə yerinin ilkin müayinəsi zamanı hadisəni törətməkdə şübhəli bilinənlərin  həyətə hasardan daxil olduğu müəyyən edilib. Hadisənin qeydə alındığı küçədə dəfələrlə belə hadisələrin olduğu bildirilir.