• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 17.12.2022 20:06

Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində saziş imzalanıb

KepezTV Player

Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə ümumi töhfə olacaq və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır. Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda çıxış edən prezident İlham Əliyev Azərbaycanın Avropanın mühüm yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırdığını sözlərinə əlavə edib. Bunun üçün enerji potensialı da var. Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə, külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.