• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1955
— 17.12.2022 16:22

249 ailə sosial təyinatlı binaya köçürüləcək

KepezTV Player

Gəncədə təxminən 10-a yaxın qəzalı vəziyyətdə olan yataqxana, eləcə də çoxmərtəbəli yaşayış binası var. İllərdi ki, sakinlər belə tikililərdə yaşamaq məcburiyyətindədirlər. Amma onların çətinliyinə son qoyulmaq üzrə tədbirlər görülür. Bunu qarşıdakı sujetdən öyrənəcəyik.
Gəncədə yüzlərlə sakin var ki, yataqxana eləcə də qəzalı binalarda yaşayır. Ötən əsrin 70-ci illərində inşa edilən bir çox binalarda əsaslı təmir aparılmadığından istismara yararsız hala düşüb, təhlükə mənbəyinə çevrilib.
Belə tikililər sakinlər üçün təhlükə yaratdığından problemin həllinə başlanılıb. Aztəminatlı ailələr üçün 4 çoxmərtəbəli yaşayış binasının tikintisi buna hesablanıb. Şəhərin Kimyaçılar küçəsində Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi inşa edilən üçü 9, biri isə 10 mərtəbəli olacaq binalarda normal yaşamaq üçün lazımı şərait yaradılacaq. Layihəyə görə binalardakı mənzillərdən 10-u 3 otaqlı, 20-i 2 otaqlı, 219-u isə 1 otaqlı olacaq. 

Ümumilikdə binaların inşası üçün 1 ha-a yaxın ərazi ayrılıb və 2 ədəd su hovuzu, transfarmator stansiyası, mərkəzi istilik üçün qazanxananın inşası planlaşdırılıb. Həmçinin həyətdə uşaqların əylənməsi üçün meydança, skamyalar, gecə işıqlandırma dirəkləri də olacaq. Bütün işlərin 1 il ərzində başa çatdırmaq nəzərdə tutulur.

Elnur Vahidoğlu