• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 16.12.2022 19:58

Gənclər arasında aqressivliyin səbəbi nədir?

KepezTV Player

Son zamanlar yeniyetmə və gənclər arasında aqressiv davranış hallarının səbəb olduğu davalar artıb. Bu mürəkkəb və narahatedici mövzu valideynlər, müəllimlər və böyüklər tərəfindən diqqətdə saxlanılmalıdır. Son hadisə də bunu göstərdi ki, kiçik bir münaqişə iki gəncin bir-birinin həyatına son qoyması ilə nəticələnə bilər. 

Bu hadisə noyabrın 26-da Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Nəticədə Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Tural Rüstəmov bıçaqlanaraq öldürülüb. İdman yaş qrupundan asılı olmayaraq hər kəsin aqresivləşəcəyi bir sahədir. Ancaq burada vacib olan mübarizə zamanı udmağı da uduzmağı da bacarmaqdır. Hirsini, mübarizəni, gücünü ancaq döyüş meydanında göstərməkdir.

Məşqçi Rizvan Səfərovun sözlərinə görə belə yarışlar zamanı xoşagəlməz haların baş verəsində əsas günah məşqçi səhlənkarlığıdır. O həmçinin gənclərin aqressiv davranışları, üzərlərində bıçaq gəzdirmələri, hər xırda mübahisə zamanı güc tətbiq etmələrinin də böyük təhlükə saçdığına diqqət çəkir.

Mütəxəsislər valideyinlərə, xüsusən övladları yeniyetməlik dövündə olanda  diqqətli olmağı tövsiyyə edir. Ailədə tərəflərin münasibəti və övlada hələ kiçik yaşlarından göstərilən diqqət əsas şərtdir. Əks halda, bu, onlarda getdikcə özünə güvənsizlik yarada bilər ki, nəticədə gələcəkdə cəmiyyətə aqressiv olmalarına gətirib çıxara bilər.

Aqressivlik istənilən uğura əngəl olacaq amildir. Qolumuzun gücünə də, əsəbimizin çərçivəsinə də hakim kəsilməliyik. Əks təqdirdə hakim bizə iş kəsəcək !