• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 16.12.2022 16:20

Sakinlər problemlərinin həlli üçün icra başçısına müraciət ediblər

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə növbəti səyyar görüşündə onların şikayət və təklifləri dinlənilib. Sakinlər mənzil növbəliyi, işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlərlə bağlı icra başçısına müraciət ediblər. Dinlənilən bu və digər məzmunlu müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata görütülüb.