• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 16.12.2022 16:05

Minaya düşərək xəsarət alanların son durumu

KepezTV Player

Kəlbəcərin Çıraq kəndində təmir-tikinti işləri ilə məşğul olan şirkətin minaya düşərək xəsarət alan 4 nəfər əməkdaşından 3-nün Gəncənin tibb müəssisələrində müalicə alması barədə məlumat vermişdik. Hər iki daban sümüyünün qəlpəli yerdəyişən sınığı, sağ gicgah alın nahiyəsinin çapılmış yarası olan 47 yaşlı Siyasət Allahverdiyev şəhərin özəl tibb xəstəxanalarından birindədir. Həkimlər vəziyyətini orta-ağır qiymətləndirirlər. Gəncə Abbas Səhhət adına şəhər xəstəxanasında Travmatologiya şöbəsində olan 53 yaşlı Rodik Pənahova sağ qamış və incik sümüyünün 1/3 hissəsinin yerdəyişən açıq qəlpəli sınıqları, 26 yaşlı Sadir Əliyarova isə incik sümüyünün 1/3 hissəsinin sınığı, daban aşıq sümüyünün qəlpəli sınığı diaqnozları qoyulub, müalicələri davam etdirilir. Sadir Əliyarov hadisəni bu cür xatırlayır.