• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 16.12.2022 15:56

Ordumuzun mövqeləri atəşə tutulub

KepezTV Player

Bu gün saat 12-dən saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, dekabrın 16-sı saat 13:05 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Müdafiə Nazirliyindən qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü qeyd olunub.