• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 15.12.2022 20:33

Aksiya iştirakçıları bir neçə yeni tələb irəli sürüblər

KepezTV Player

Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb. Onlar Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər. Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına görə Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər. Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir. Onlar aksiyada “Mina terroruna son!” şüarı səsləndiriblər.