• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1340
— 15.12.2022 20:31

Ermənilərin davam edən mina terroru

KepezTV Player

Bu bir terrordur! Azərbaycanlılara qarşı aparılan mina terroru. Kəlbəcərin Çıraq kəndində baş verən son hadisə erməni terrorunun hələ də davam etdiyini göstərir.

Vətən müharibəsindən bu yana - iki il ərzində 276 nəfər minaya düşüb. Onlardan 123-ü mülki şəxs, 153 nəfəri hərbi qulluqçudur. Mina partlaması nəticəsində həlak olan 45 nəfərdən isə 35-i mülki şəxs, 10-u hərbi qulluqçudur. Mina partlayışları nəticəsində 88 nəfər mülki şəxs, 143 nəfər hərbi qulluqçu – ümumilikdə 231 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ermənilər yalnız birinci Qarabağ müharibəsi, işğal dövrlərində deyil, Vətən müharibəsindən sonra da Azərbaycan ərazilərini minalarla çirkləndiriblər. İstər Azərbaycanın humanistlik göstərərək, Ağdam, Kəlbəcər və Laçının tərk edilməsi üçün vaxt verildikdə, istərsə də terror-diversiya qrupları tərəfindən daha sonra. İşğaldan azad olunan ərazilərdə tapılan minaların 2021-2022-ci il istehsalı olması da bu faktı təsdiqləyir. İndiyədək aparılan danışıqlara, diplomatik cəhdlərə baxmayaraq, Ermənistan bu günə qədər də dəqiq mina xəritələrini Azərbaycana verməyib.

Emin Həsənli – hərbi ekspert- Ermənilərin apardığı mina terroru azərbaycanlıların məhv edilməsi siyasətinin bir hissəsidir. Minalar 30 ildir öz dədə-baba yurdlarından didərgin salınan məcburi köçkünlərin öz evlərinə qayıtması, öz torpaqlarında təhlükəsiz yaşaması üçün ciddi əngəldir. Eyni zamanda azad olunmuş ərazilərin bərpası üçün böyük maneədir.

Ermənilər həm birinci, həm də ikinci Qarabağ müharibələri dövründə azərbaycanlılara qarşı mina terrorundan geniş istifadə edib. İşğal dövründə Laçın dəhlizi vasitəsilə 1 milyondan çox mina Ermənistandan Azərbaycan ərazilərinə gətirilib. Bu dəhliz Ermənistanın müharibə cinayətləri üçün istifadə etdiyi hərbi texnika və sursatların Azərbaycan ərazilərinə daşındığı yoldur. Bu gün isə ermənilər bu dəhlizdən həm də qanunsuz taladıqları Azərbaycanın sərvətlərini daşımaq, öz cinayətkar məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. Laçın yolunun nəzarətsiz qalması irəlidə daha böyük erməni cinayətkarlığı deməkdir. Odur ki, Azərbaycanın öz suveren torpaqlarında bütün dövlət qurumlarının fəaliyyəti təmin edilməlidir.