• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 15.12.2022 20:30

Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub

KepezTV Player

Dekabrın 14-ü saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 4-ü hərbçi olmaqla, 8 nəfər minaya düşdü. Onlardan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid oldu. Şəhidimiz bu gün doğulub boya-başa çatdığı Tovuzun Aşağı Quşçu kəndində torpağa tapşırılıb.

Şəhid Zöhrab Hümbətovla vida mərasimində böyük izdiham müşahidə olunub. Şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri onu son mənzilə yola salmaq üçün toplaşıblar.Kəlbəcərin Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan 38 yaşlı baş gizir Zohrab Hümbətov uzun illər ordu sıralarında şərəflə xidmət edib. Tanıyan hər kəs ona vətənpərvər, məsuliyyətli, elinə obasına bağlı Azərbaycan igidi olaraq ehtiram bəsləyib. Ailəli olan şəhidin 3 övladı vətənə əmanət qalıb.

Şəhid Zöhrab Hümbətov Tovuzun Aşağı Quşçu kənd qəbrstanlığında torpağa tapşırılıb. Üçrəngli bayrağımız şəhidin atasına təqdim edilib. Xatırladaq ki, dekabrın 14-ü saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də eyni aqibəti yaşayıb. Onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1 hərbçimiz isə şəhid olub. Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.