Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.12.2022 12:56
Mikroavtobus yük avtomobili ilə toqquşub, 6 nəfər ölüb
KepezTV Player
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes Vito” markalı mikroavtobus “DAF” markalı yük avtomobili ilə toqquşub. Hadisə yerinə polis əməkdaşları və xilasetmə qüvvələri cəlb edilib. Qəza nəticəsində sürücü daxil olmaqla “Vito”da olan 6 nəfər ölüb. Yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Atayev xəsarət alıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
- Baxış: 515