• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 15.12.2022 12:50

Ombudsman mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

KepezTV Player

Bu arada Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Kəlbəcər rayonunda baş verən mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumatın verilməməsi, münaqişə bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən minalarla çirkləndirilməsi və nəticədə mülki şəxslərin və hərbçilərin həyatına qəsd edən, onların əlilliyinə səbəb olan bu kimi cinayətkar əməlləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyəti bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq". deyə müraciətdə qeyd edilib. Kəlbəcərdə piyada əleyhinə minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib.