• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 15.12.2022 12:48

Minaya düşənlər şəhər xəstəxanasına yerləşdiriliblər

KepezTV Player

Ötən gün Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək xəsarət alanlardan 3-ü Gəncə Abbas Səhhət adına şəhər xəstəxanasına yerləşdiriliblər. Travmatologiya şöbəsində müalicə alan 47 yaşlı Siyasət Allahverdiyev hər iki daban sümüyünün qəlpəli yerdəyişən sınığı, sağ gicgah alın nahiyəsinin çapılmış yarası, 53 yaşlı Rodik Pənahov sağ qamış və incik sümüyünün 1/3 hissəsinin yerdəyişən açıq qəlpəli sınıqları, 26 yaşlı Sadir Əliyarov isə incik sümüyünün 1/3 hissəsinin sınığı, daban aşıq sümüyünün qəlpəli sınığı diaqnozu ilə müalicə olunurlar.