Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən “Uber” taksi şirkətinin 7 sürücüsü saxlanılıb. Təfərrüatlar qarşıdakı süjetdə.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən əvvəllər məhkum olunmuş “Uber” taksi şirkətinin sürücüsü Anar Kəlbiyev saxlanılıb. Üzərindən, avtomobilindən və Abşerondakı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar olunub. Kəlbiyev narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan, kimliyi müəyyələşdirilməkdə olan narkotacirlə mütəmadi əlaqə saxladığı da hsübuta yetirilib.
- Baxış: 567