• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 13.12.2022 20:33

"Dinamo" Kirovabadın yüksək liqaya çıxmasından 55 il ötür

KepezTV Player

Bu il "Dinamo" Kirovabadın SSRİ Çempionatının Yüksək Liqasına çıxmasının 55 ili tamam olur. Qarşıdakı sujetdə həmin vaxt cəmi 17 yaşı olmasına baxmayaraq komandanın heyətində yer alan, tarixi uğurda əməyi olan gəncəli oyunçu Nurəddin Əliyevlə o dövrə qayıtmışıq.

Veteran futbolçu “Dinamo” Kirovabadın heyətində çıxış etmiş hazırda həyatda olan tək-tük oyunçulardandır. O, gənc yaşlarından etibarən  komandanın şərəfini qoruyub. Kiçik yaşlarından bacarığı ilə mütəxəssislərin diqqəti cəlb edən Nurəddin Əliyev əvvəlcə əvəzedici, qısa müddət sonra isə əsas heyətə çağırılıb.

Tarixi uğura gedən yolda veteran futbolçu böyük rol oynayıb. Hətta onun qazandığı penalti sayəsində komanda həlledici oyuna yüksəlib.

Nurəddin Əliyev “Dinamo” Kirovabadın heyətində oynayan ən gənc oyunçu olub. 17 yaşında, yəni 1967-ci ildə Yüksək Liqaya vəsiqə qazandıqları görüşü qocaman futbolçu belə xatırlayır.

Nurəddin Əliyev Dinamo Kirovabadın SSRİ 2-ci liqasının çempionu olaraq, qızıl medalları Gəncəyə gətirən zaman komandanın uğurlarını qeyd etmək üçün azarkeşlərin küçələrə axışdığını, şəhərdə böyük izdihamla qarşılandıqlarını, onlara Nizami yurdunun müxtəlif məkanlarında qurbanlar kəsildiyini deyib.

Gəncəli veteran doğma komandası “Kəpəz”in son illərdəki vəziyyətinə də münasibət bildirib. O, dağlıların əvvəlki əzəmətini qaytararaq yaxşı nəticələrlə yenidən hər kəsi sevindirməsini arzulayıb.

73 yaşı olan Nurəddin Əliyev şəhərin fəxri vətəndaşıdır. Veteran, həmçinin Gəncə Regional Futbol Federasiyasının prezidentidir.