• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 12.12.2022 16:07

Etiraz aksiyası davam edir

KepezTV Player

Xəbər verdiyimiz kimi, Azərbaycanın ekoloji sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirirlər. Çadırlar quran aksiya iştirakçıları faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, mütəxəssislərdən ibarət heyətin həmin yataqlarda monitorinq aparmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının əraziyə gələn polkovniki azərbaycanlı jurnalistlərin və etirazçıların suallarını cavablandıra bilməyib. Aksiya iştirakçıları polkovnikin sərxoş olduğunu deyiblər.

İştirakçılar "Qarabağ Azərbaycandır" şüarı səsləndiriblər, "Qarabağ" mahnısını ifa ediblər.