• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 09.12.2022 19:54

Şagirdlər aşbazlığı öyrənirlər

KepezTV Player

Respublikanın orta məktəblərində 3 profil - kənd təsərrüfatı, xidmət və təmir-tikinti sahəsini əhatə edən 12 peşə ixtisası tədris edilir. Gəncə və Göygöldəki peşə təmayüllü belə siniflərdə bu ildən aşbazlıq qrupu da fəaliyyət göstərir.
Gəncədə peşə təmayüllü siniflər şəhərin 8 və 20 nömrəli orta məktəbində  10-11-ci sinfin şagirdləri üçün təşkil edilib. Hər məktəbdə 10 şagird aşbaz köməkçisi kimi, 8 nəfər isə komputer proqramlarını öyrənir.  Həftənin 1-3-cü günlər məktəb fənləri, 4 və 5-ci günləri isə peşə dərsləri keçilir. Dərslər xüsusi ayrılmış və peşəyə uyğun avadanlıqlarla təchiz edilən emalatxanalarda tədris edilir.
Aşbazlıq sənətinin sirləri Göygölün 1 və 5 nömrəli orta məktəblərində öyrədilir. Həmçinin kompyuter, dülgərlik və kondisioner ustası peşələri də şagirdlərə aşılanır. Peşə təmayüllü siniflərdə şagirdlər müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnir, əmək bazarına və peşə məktəblərinə hazırlanır.
Bu tədris ilindənə ölkə üzrə 45 yeni peşə təmayüllü sinif açılıb. Bununla da paytaxt və bölgələrdə ümumilikdə 80 məktəbdə 124 sinif yaradılıb.

Elnur Vahidoğlu