Artıq bir neçə gündür Göygöl şəhərinin sakinləri içməli su ilə təminatda çətinliklər yaşayır. Soyuq havalarda suyun olmaması onlar üçün əsl problemə çevrilib. Problemin nədən qaynaqlandığını və nə vaxt həll olunacağını əməkdaşımız Elnur Vahidoğlu araşdırıb.
Suyumuz 5 gündən çoxdu gəlmir. Əziyyət çəkirik, zülüm çəkirik. Suyu baçoklarla gətiririk. Kürəkənimin maşını ilə kənardan gətiririk.
Göygöl şəhəri və rayonun 6 yaşayış məntəqəsində vəziyyət belədir. Qarlı və şaxtalı günlərdə sakinlər suya olan tələbatını çətinliklər çəkərək ödəməyə çalışır. Təxminən 3 min abonentin mənzilinə gəlməyən su minlərlə sakini çıxılmaz vəziyyətə salıb.
Bura Heydər Əliyev prospektində yaşıyan sakinlərin evlərindən biridir. Bu prospektdə də digər küçələrdə olduğu kimi içməli su yoxdur. Suyun gəlməməsi isə sakinlər üçün problem yaradır.
Son günlər sakinlərin yaşadığı probleminin qısa zamanı nə vaxt hasil olacaq, onu deyə bilmərik. Amma minlərlə sakinin sudan uzun müddət əziyyət çəkməsinin yaratdığı çətinlikləri təsəvvür etmək elə də çətin deyil. Ümid sonda ölür kəlamını əsas tutaraq deyilən sözün tez bir zamanda reallıq olcağı ümidi ilə...
Elnur Vahidoğlu
- Baxış: 312