• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 09.12.2022 11:38

Dəm qazı kabusu can alır

KepezTV Player

Havalar soyduqca dəm qazı kabusu da can almaqda davam edir. Göygöl rayonunda bir gecədə iki nəfərin zəhərlənməsi bunu bir daha təsdiqləyir. Zəhərlənənlərdən birinin həyatını xilas etmək mümkün olub. Həkimlərin səyinə baxmayaraq digər şəxs vəfat edib. Təfərrüatlar növbəti videomaterialda.
Göygöldə dəm qazından zəhərlənmə hadisəsi Mollacəlilli və Yeni Qızılca kəndlərində qeydə alınıb. Mollacəlillidə 1994-cü il təvvəllüdlü Mikayıl Alpaşayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Yaxınları onu dərhal xəstəxanaya aparsa da 28 yaşlı gənc yolda dünyasını dəyişib.
Dəm qazından digər zəhərlənmə hadisəsi isə rayonun Yeni Qızılca kəndində baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü Dilşad Ələsgərova da yaşadığı evin vanna otağında zəhərlənib. Qadın xəstəxanya yerləşdilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hər iki faktla bağlı araşdırma aparılır. Bu kimi hallara qarşı vətəndaşların diqqətli olmağı tövsiyyə edilir.