• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2233
— 07.12.2022 19:52

Bakıda kişi keçmiş arvadını qətlə yetirib

KepezTV Player

Bakının Xətai rayonunda isə kişi keçmiş arvadını qətlə yetirib. Baş Prokurorluğdan verilən xəbərə əsasən, 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.