• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 07.12.2022 20:28

"Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur"

KepezTV Player

"Fransa tərəfindən səslənən qərəzli fikirlər və Fransa Parlamentində qətnamələr Azərbaycan-Fransa münasibətlərinə zərbə vurur və sülh prosesinə töhfə vermir". Bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Ann Buayon ilə görüşdə deyib. Görüş zamanı, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib. Nazir, Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb.