KepezTV Player
14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə daha bir iranlı dəstə keçib. Bu dəfə İrandan 13 nəfərlik qrupun gəldiyi məlum olub. Dəstə üzvlərinin adları da, pasportları da aşkara çıxıb. Ümulikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni mikroavtobusla gətirilib. Avtomobilin sürücü isə Ermənistan vətəndaşıdır.
- Baxış: 352