• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1951
— 06.12.2022 19:59

Azərbaycanlı yazıçı ABŞ-da qızıl medala layiq görüldü

KepezTV Player

Yazıçı, filosof, şərqşünas və psixoloq Rövşən Abdullaoğlunun qələmi, Azərbaycan hüdudlarından kənarda da, sevilir, bəyənilir. Bir neçə gün öncə yazıçıya  “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalının təqdim olunması da bunu bir daha təsdiqləyir. Gəncəyə gələn yazarı televiziyamızda qonaq edib fəaliyyətinə nəzər saldıq.
"Relslər üzərində uzanmış adam", " Bu şəhərdə kimsə yoxdur", "Abadon" yəgin ki, bu sözlər kitabsevərlərə heç də uzaq deyil hətta doğmadır.
Bir çox milli bestseller kitabların müəllifi olan Rövşən Abdullaoğlu əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur.
Bu günə kimi Rövşən Abdullaoğlunun 27 kitabı işıq üzü görüb. Azərbaycanda çap olunan kitablarının əksəriyyəti bestseller olub, əsərləri türk, ingilis, rus, ərəb dillərinə tərcümə edilib. Bundan əlavə, yazıçı Amerikanın nüfuzlu beynəlxalq ədəbi qurumlardan müsbət rəylər, fərqlənmə nişanları alıb.
ABŞ-ın “Readers Favorite” mükafatına layiq görülən “Relslər üzərinə uzanmış adam” romanı isə beynəlxalq ədəbi mühitin rəğbətini qazanıb. Müsabiqənin özəlliyi ondan ibarətdir ki, müsiflər heyəti kitabın kimə aid olduğunu bilmir. Bunun səbəbi isə odur ki, hər hansısa ayrıseçkilik, yazıçıya qarşı simpatiya və ya antipatiya burada rol oynamasın.
Müsabiqəyə dünyanın hər yerindən minlərlə əsər təqdim olunub. “Readers Favorite”in açıqlamasına görə, konkurs ötən illərlə müqayisədə çətin olub. Bu cür ağır şərtlərlə yarışaraq qızıl medal qazanmaq isə yüksək nəticədir. Yarışmanın qalibləri Mayamidə keçirilən tədbirdə mükafatlandırılıb. Rövşən Abdullaoğlu, bu müsabiqədə iştirak edən yeganə azərbaycanlı yazıçıdır.
Yazar deyir ki, peşəkar qələm sahibi daim öz üzərində işləməli və yeni kitablar yazmalıdır.
Həm də ictimai fəaliyyəti ilə tanınan Rövşən Abdullaoğlu psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir,. Yzarın qələminin son məhsulu olan “Koramal” romanı isə Qarabağ savaşına həsr olunub.