• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 06.12.2022 19:58

Kənd fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək

KepezTV Player

Havaların qeyri-sabit, yağıntılı və şaxtalı keçdiyi bu günlərdə ucqar dağ kəndlərində  yaşayan əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı diqqət mərkəzindədir. Ağstafada da bu istiqamətdə təsərrüfatın yenilənməsi işləri həyata keçirilir. Rayonun daha bir kəndi bu qışı elektrik enerjisi sarıdan problem yaşamıyacaq.

Ağstafa rayonun ən böyük kəndlərindən olan Dağkəsəmən kəndində 1800-ə yaxın abonent elektrik enerjisindən istifadə edir. İllərdir ki, kənd sakinləri işıq dirəklərinin qəzalı, elektrik naqillərinin köhnə və istismar müddətini başa vurmasından təminatla bağlı çətinliklər yaşayır. Bundan başqa kənddə olan transformatorların köhnəlməsi tez-tez qəzaların baş verməsinə səbəb olur.
Közərən lampa işığından aydınlığa çıxmaq üçün "Azərişıq" tərəfindən işlərə başlanılıb. Uzunluğu 50 km olan kabel sipləşdirilib, 267 ədəd işıq dayağı yenilənib, 500 mənzilə elektron sayğac quraşdırılıb.
Ağstafa rayonun Dağkəsəmən kəndində əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün müxtəlif güclü transfarmatorlar da quraşdırılıb. Görülən işlər çərçivəsində kənd ərazisində təxminən 15 ədəd bu cür transfarmatorlar quraşdırılıbdır.
Dağkəsəmən kəndinin elektrik təsərrüfatının yenilənməsi bu ayın ortalarına kimi yekunlaşacaq. Bununla da kənd sakinləri qış fəsilində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
Daşkəsəməndan sonra rayonun daha 3 kəndində elektrik təsərrüfatının yenilənməsinə başlanılacaq. 

Elnur Vahidoğlu