• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 05.12.2022 20:39

Prezident Türkiyənin milli müdafiə nazirini qəbul edib

KepezTV Player

"2022-ci il də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu ildir, əlaqələrimiz bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da güclənib".Bu fikirlər Prezident İlham Əliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib. Söhbət zamanı hazırda ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı, Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı qeyd edilib. Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin inkişafında rolu xüsusi olaraq vurğulanıb və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla xatırlanıb.