• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 05.12.2022 20:33

“Gəncə” ev oyunlarını niyə doğma meydanda keçirmir?

KepezTV Player

Bu mövsüm Azərbaycan Basketbol Liqasında parlaq çıxışıyla diqqət çəkən “Gəncə” komandası ev oyunlarını Nizami yurdunda keçirə bilmir. Bəs görəsən bunun səbəbi nədir? Qarşıdakı sujetdə bu sualın cavabını öyrənməyə çalışmışıq.

“Gəncə” liqada keçirdiyi qarşılaşmalarda uğurlu nəticələr əldə edərək 8 turdan sonra 7 qələbə və 1 məğlubiyyətlə turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Ancaq komanda görüşlərinin hamısını təmsil etdiyi Nizami yurdundan kənarda oynayıb. Əvvəlki illərdən fərqli olaraq kollektiv cari mövsümün əvvəlindən Gəncədə məskunlaşıb və məşqlərini də məhz yerli olimpiya idman kompleksində keçir. Elə klubun ev qarşılaşmalarının da sözügedən idman qurğusunda təşkil edilməsi nəzərdə tutulsa da, hələ ki, bu plan baş tutmayıb. Zal liqa başlamazdan öncə təmir olunaraq oyunlar üçün ideal vəziyyətə gətirilsə də, tələb olunan bir sıra meyarlara görə “Gəncə” doğma meydandan kənar düşüb.

2 aya yaxındır davam edən basketbol liqasında “Gəncə” təqvimə əsasən 4 ev qarşılaşmasını doğma şəhərdə keçirə bilməyib. Komanda bu müddət ərzində rəqiblərini Bakıda, Sərhədçi İdman Mərkəzində qəbul edib. Təbii ki, bu da həm maddi tərəfdən sərfəli deyil, həm də oyunçulara fiziki cəhətdən mənfi təsir göstərir.

“Gəncə”nin ev oyunlarını doğma meydanda keçirməsi üçün hazırda yerli olimpiya idman kompleksində lazım olan təmir-bərpa işləri sonlanmaq üzrədir. İşlər vaxtında başa çatdırılsa, komandanın növbəti turda Zirvə Astara ilə görüşü doğma  meydanda keçirə bilər. Qarşılaşma dekabrın 11-i baş tutmalıdır.