Havanın qarlı və şaxtalı keçməsi Göygölün dağ kəndləri ilə əlaqəsində çətinliklər yaradıb. Eləcə də havanın dumanlı olması görmə məhdudiyyəti yatardığından qəzaların baş verməsinə səbəb ola bilər. Bundan irəli gələrək 24 nömrəli Yol İstismar MMC-nin işçiləri sərt döngələr və maili yollara qum-duz qarşığı tökür. Sürücülər dağ kəndləri olan Çaykənd, Qarabulaq, Quşçu və Sarısuya getməsini təmin etmək üçün kifayət qədər qum-duz ehtiyatı toplanıb.
Vəliyyədin Rəhimov sürücü: Kənd yerləridir. Çətin gəlir ancaq gəlmək olur. Nə edək kənd adamlarıyıq.
Şakir Qurbanov sürücü: Gediş gəliş bir az çətinləşir. Qabağa baxanda qar yağıb. Amma qar gözəldir, qarın gəlişinin bir əlamətidir. Nivadır bu 4 təkər çəkir qalxır. Yollar sürüçür. İcra hakimiyyəti yollara torpaq verib ancaq sürüşür. Bunun da öz gözəlliyi var.
Məhəmməd Sadıqov sürücü: Yuxarı Cavadxan zirvəsindən gəlirəm. Təxminən 10-20 sm olar. Başqa maşın çıxa bilmir, niva ilə gedib gəlirik.
Qeyri-sabit hava şəraiti dekabrın 7-si gündüzədək davam edəcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qar örtüyünün hündürlüyü Göygöldə 5 sm, Daşkəsəndə 9 sm-dir.Qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti dekabrın 7-si gündüzədək davam edəcək.
- Baxış: 288