• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 05.12.2022 13:20

Şəmkir sakinlərindən yarım milyon dollarlıq narkotik götürülüb

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayonuna gətirilən narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, yerli sakinlər - Elşad İbrahimov və Nurəddin Hüseynov rayonda gizlədilən narkotik vasitəni ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar. Şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan qara bazarda təqribi qiyməti yarım milyon ABŞ dollarına yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.