• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 05.12.2022 12:57

İranla sərhəddə Azərbaycan Türkiyə ilə birgə hərbi təlim keçirir

KepezTV Player

Azərbaycan və Türkiyənin cənub regionunda birgə hərbi təlimləri başlayıb. 2 ölkə arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən təlimə Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələri cəlb olunub. Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində ssenariyə uyğun olaraq Ordumuzun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.