• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 04.12.2022 20:11

Ev kirayələyərkən imzalanan müqavilənin üstünlükləri

KepezTV Player

Əksər hallarda evlərini fərdi qaydada kirayəyə verən şəxslər heç bir sənədləşmə aparamadan bu prosesi icra edirlər. Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, kirayəyə verən mənzili dərhal boşaltmağı tələb edə bilər ki, bu vəziyyətdə kirayəçi çətin vəziyyətdə qalar. Çünki qısa müddətdə uyğun qiymətə mənzil tapmaq elə də asan deyil. Başqa bir misal kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada artırdığını bildirə bilər.

21 ildir rieltorluqla məşğul olan Qalib Quliyev bildirir ki, tərəflər arasında bağlanan bu razılaşma əslində hər iki tərəfin sığortalanaması deməkdir. Və icarəçilərdən fərqli olaraq rieltorlar bu müqavilə olmadan evi vətəndaşlara vermirlər.

Təcrübə göstərir ki, əksər hallarda məzili kirayəyə götürərkən kirayə verən və kirayəçi arasında şifahi razılığa gəlinir. Lakin gözlənilməz halların baş verməsi tərəflər arasında narazılığa səbəb ola bilər. Ona görə də mütəxəsislər müqavilənin vacib oduğunu qeyd edir.

Qanunvericilik isə vərəndaşa yaşayış yerini dəyişdikdə müvafiq icra hakimyyyəi orqanlarına olduğu yerin müvəqqəti qeydiyyata alınması ilə bağlı müraciət etməsini vacib edir.

Qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.