• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2082
— 04.12.2022 19:22

Daşkəsən, Göygöl və Gədəbəyə qar yağıb

KepezTV Player

Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb. Ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb. Yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir. Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir. Baş Dövlət Yol Polisi İdarəsi dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün yollarda nəzarət tədbirlərini gücləndirib.